skip to Main Content
MENYU
Şirkətimizin Loqosu Haqqında

Şirkətimizin loqosu haqqında

amiclogohaq

Şirkətimizin göstərdiyi xidmətlərin əhatə dairəsinin geniş olmasını və Ölkəmizin kənd təsərrüfatı sahəsinə verəcəyimiz böyük töhfələri nəzərə alaraq istər ad seçimində, istərsə də loqo seçimində çox diqqətli davrandıq. 
Təsadüfi deyil ki, loqomuzda yerləşdirəcəyimiz simvolu seçərkən, bu simvolun Azərbaycanı dünya səviyyəsində təmsil etməsinə xüsusi fikir verdik.
Loqotipimizdə əks olunan yarpaq Qarabağda – Zəngilan meşələrində yetişən Xan Çinar yarpağıdır. 1974 cü ilin iyulundan Bəsitçay Dövlət Təbiət qoruğuna çevrilən bu meşə və 107 hektardan artıq ərazini əhatə edən qoruq, sahəsinin böyüklüyünə görə Avropada birinci, dünyada ikinci yeri tuturdu. Tarixi çox qədim olan bu meşədəki çinar ağacları 800-1000 ilədək yaşayır. Çinar ağaclarının boyu 10-35 metr, diametri 80-100 santimetrə çatan bu qoruqda diametri 300 sm olan çinarlara da təsadüf olunurdu.
29 Oktyabr 1993-cü ildə Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Bəsitçay Dövlət qoruğu demək olar ki, sıradan çıxıb. Çinar ağacları qırılaraq hissə-hissə satılıb. 42 hektar sahənin ağacı xüsusi qurğulardan, kimyəvi-yuyucu məhlullardan keçirilərək toz halına salınıb. Ümumən hərbi sursatların qablaşdırılmasında istifadə olunub.
Azərbaycanımızın daha bir neməti olan Xan Çinar ağacının yarpağının Şirkətimizin loqotipi olması bizim üçün şərəfdir və bu şərəfi bütün dünyaya bildirməkdən qürur duyuruq.

Back To Top
Close search
Axtar