skip to Main Content
MENYU
“1920-ci Il Bakının Işğal Günü” Ilə Bağlı Tədbir Keçirilib.

“1920-ci il Bakının işğal günü” ilə bağlı tədbir keçirilib.

27 aprel 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının ərazi partiya təşkilatında “1920-ci il Bakının işğal günü” ilə bağlı tədbir keçirilib.

Tədbiri açılış nitqi ilə Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə açdı. Natiq Quluzadə qısa müddət müstəqil olmasına baxmayaraq dövlətçilik tariximizdə dərin izlər qoymuş Azərbaycan Xalq Cümhuriyyətindən və onun varisi olan müstəqil Azərbaycandan eyni zamanda Ulu öndər Heydər Əliyevin bu dəyərli irsi şərəflə çiyinlərinə alıb müasir Azərbaycana ötürməsidən danışdı.
Tədbirin davamında ərazi partiya təşkilatının sədri Emin Əliyev Aprel işğalının tarixi aspektlərinə toxundu. Uzun illər dövlət və dövlətçiliyimizə qarşı yönəlmiş separatizmi, işğalçılıq faktorlarını xüsusilə vurğuladı. Müasir Azərbaycanda cənab prezident İlham Əliyevin möhkəm siyasi iradəsinin və xalq-hakimiyyət həmrəyliyinin xarici qüvvələr qarşında qətiyyətlə dayanmasından və birlik nəticəsində onların dəf edilməsindən danışdı. Xüsusilə qeyd etdi ki, bu həmrəyliyin davamı olaraq 44 günlük Vətən müharibəsinin yekununda 30 il işğal altında qalmış ərazilərimiz tamamilə işğaldan azad edilmişdir. Bu gün bizim əlimizə tarixi bir şans düşmüşdür ki, azad edilmiş ərazilərimizin çiçəklənməsində fəal iştirak edək və Qarabağı cənnətə çevirək.

Tədbir ümumi müzakirələrlə yekunlaşdı.

 

Back To Top
Close search
Axtar