25 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının, Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə ərazi partiya təşkilatında 28 may Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbiri açılış nitqi ilə ərazi partiya təşkilatının sədri Emin Əliyev açdı. Emin Əliyev bugünkü dövlətçilik ənənəmizin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi önəmindən və böyük rolundan danışdı.
Tədbirin davamında söz Yeni Azərbaycan partiyası Zəngilan rayon təşkilatının nümayəndəsi Aysel Novruza verildi. Aysel Novruz Azərbaycan Xalq Cümhuriyyətinə müasir Azərbaycanın banisi Heydər Əliyevin və prezident İlham Əliyevin necə önəm verməsindən, xüsusilə 2018-ci ilin Xalq Cümhuriyyəti ili elan edilməsinin böyük diqqətin göstəricisi olmasını qeyd etdi.
İnteraktiv davam edən tədbirin davamında Sitara Safarova və Mübariz Quliyev də Azərbaycan Xalq Cümhuriyyəti haqqında dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.