Bakı və Ağdaşda keçirilən yarmarkalarda 26 işəgötürən tərəfindən daha 430 vakansiya təqdim edilib
Bakı və Ağdaşda keçirilən yarmarkalarda 26 işəgötürən tərəfindən daha 430 vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Menecment və İnvestisiya Korporasiyası tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Əmək yarmarkası Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən Ağdaşda təşkil edilib. Tədbirdə 17 müəssisə tərəfindən 119 vakansiya təqdim edilib.
Tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.