
Biləsuvar rayonunda Sosial-İqtisadi sahədə keçirilən tədbir




Layihənin əsas məqsədi mina qurbanları və qazilərin sosial problemlərinin dərindən araşdırılması, çatışmazlıqların müəyyən edilməsi və asanlaşdırıcı həllərin tapılmasına hədəflənir.
Layihə çərçivəsində İmişli, Bərdə, Biləsuvar, Füzuli, Ağdam və Tərtər rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
29 mart tarixində Biləsuvar rayonunda layihə çərçivəsində tədbir AMİK-in icra etdiyi Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişaf Mərkəzinin ofisində həyata keçirilmişdir. Tədbirdə rayonda mövcud sosial müdafiə mexanizmləri, onlardan istifadə qaydaları haqqında məlumatlar, əmək bazarının yeni çağırışları və bu imkanlardan istifadə yolları haqqında məlumatlar verilmişdir. Məqsəd çətinlikləri üzə çıxarmaq və maraqlı tərəflərin məsələlərə münasibətini dəqiqləşdirmək, həmçinin uyğun təkliflərin hazırlanması prosesində onların tövsiyyələrinin əks olunmasını təmin etməkdr.
Layihə 4 ay davam edəcəkdir.