Emin Əliyev Masallı gəncləri ilə görüşəcək
Əziz gənclər! “Gənclərin karyera inkişafı və yüksəlişi” mövzusunda Emin Əliyevlə maraqlı görüşümüz baş tutacaq. Görüşdə Emin Əliyev öz karyera inkişaf yolundan bəhs edəcək, Azərbaycan, eləcə də xarici ölkələrdə qazandığı təcrübələrini, həmçinin gənclərin karyera inkişafı və yüksəlişi üçün lazımi məsləhətlərini bölüşəcək.
Emin Əliyev Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru, Böyük Qayıdış MMC-nin təsisçisidir. Eyni zamanda, İsrail, Yaponiya, Almaniya kimi ölkələrdə təhsil alıb.
Qeydiyyat linki: https://docs.google.com/…/1OACos…/edit… 09 fevral 14:00 Masallı Gənclər Evi
Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi, Masallı Gənclər Evi SXM və AOPE-nin birgə təşkilatçılığı ilə baş tutacaq.