skip to Main Content
MENYU
Emin Əliyevin Rayon Gəncləri Ilə Silsilə Görüşləri Davam Edir.

Emin Əliyevin rayon gəncləri ilə silsilə görüşləri davam edir.

İctimaiyyətlə Əlaqələr Departamentininin məlumatına görə Emin Əliyevin gənclərlə növbəti görüşü  9 fevral Cəlilabad və Masallı rayonlarında gənclərlə olmuşdur.

Görüşlərdə gələcəkdə uğurlu karyera nümunəsi yaratmaq, bu gün fərdlərin gənc yaşlarında hədəflərini doğru, düzgün və düşünülmüş şəkildə müəyyən etməsindən asılıdır. Bu səbəbdən bizlər uğurlu karyera qurmuş şəxsləri gənclərlə tanış etməli, həmin şəxlər təcrübələrini bölüşərək, gənclərin yolunda işıq olsunlar deyə imkanlar yaratmalıyıq.

Bütün bunları əsas tutaraq, ilk görüş Cəlilabad rayon gəncləri ilə “Hədəflərin müəyyənləşdirilməsi” mövzusunda Emin Əliyevlə görüşü təşkil olunmuşdur. Emin Əliyev öz çıxışı zamanı gənclik dövründən bu günə kimi yaşadığı praktikanı, real keyslər əsasında mövzuya uyğun olaraq gənclərlə bölüşmüşdür.

Növbəti görüş isə Masallı rayon gəncləri ilə baş tutmuşdur. Emin Əliyev mövzuya uyğun olaraq çıxışı zamanı karyera inkişafı və yüksəlişi zamanı kritik məqamlar, qarşıda duran məsələlər və tövsiyələrini real keysləri misal gətirərək gənclərin diqqətinə çatdırdı.

Ümumiyyətlə, hədəflərin doğru, düzgün və düşünülmüş şəkildə müəyyən etmiş gəncliyin önündə uzun yol açılır və bu yol təcrübəli, daha öncə bu yolları keçmiş şəxslərin tövsiyələri ilə aydınlanır. Daha sonra isə karyera inkişafı və yüksəlişi başlayır. Bəli, Masallı gəncləri ilə mövzumuz “Gənclərin karyera inkişafı və yüksəlişi” oldu.

Qeyd edək ki, bu kimi görüşlər hər ay davamlı şəkildə təşkil olunur.

Hər iki rayonda baş tutan görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad və Masallı nümayəndəlikləri, Masallı Gənclər Evi SXM və AOPE-nin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

 

 

Back To Top
Close search
Axtar