skip to Main Content
MENYU

18 aprel 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “Yaşıl enerji” zonası – Qarabağ və Zəngəzur mövzusunda tədbir keçirilib

18 aprel 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “Yaşıl enerji” zonası – Qarabağ və Zəngəzur mövzusunda tədbir keçirilib.

Şəhidlərin və başlıbel faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Qarabağ və Zəngəzurun yaşıl enerji zonası elan edilməsi və bunun önəmindən eyni zamanda Cənab prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışın gələcək inkişaf və perspektivlərin bir növ carçısı olduğunu bildirib.


Tədbirin davamı olaraq söz Zəngilan Rayonunun İcra Hakimiyyəti başçısı Ramiz Həsənova verilib. Ramiz Həsənov çıxışında prezidentin rəhbərliyi ilə aparılan balanslaşdırılmış siyasət, müttəfiq ölkələrlə dərinləşən və gələcək fəaliyyətlər üçün böyük perspektivlər vəd edən əlaqələrdən bəhs edib. Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi beynəlxalq təşkilatların ikili siyasət yürütməsi ilə bağlı çıxışına istinad edərək. Bu mövzuda öz fikirlərini tədbirdə səsləndirmişdir.


Növbəti çıxış YAP Zəngilan rayon təşkilatının ərazi partiya təşkilatının sədri Emin Əliyevə verildi. Emin Əliyev çıxışı zamanı mövzuya uyğun olaraq beynəlxalq təcrübədən, həmin ərazilərin “Yaşıl enerji” zonası elan edilməsinin ölkəmizə gətirəcəyi imkanlar və böyük perspektivlərdən danışıb. Xüsusilə bu addımı cənab prezident İlham Əliyevin uzaq görən və dünyəvi lider olmasının göstəricisi kimi qiymətləndirib. Tədbir digər qonaqların çıxışı ilə sona çatıb.

Back To Top
Close search
Search