Şirkətimizin əməkdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BP arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edib.
Şirkətimizin əməkdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BP arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edib.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə əməkdaşlıq edəcək, həmçinin regionlarda gənc sahibkarlığın və aqroturizmin inkişafına dəstək məqsədilə iki yeni layihə həyata keçiriləcəkdir.
Bu gün keçirilən mərasimdə BP öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOIL”. “NICO”. “MOL”, “Equinor”, “SGC”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından yerli biznesin inkişafını dəstəkləmək yönümündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBIA) ilə yeni anlaşma memorandumu imzalayıb.
Bu, 2018-ci ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində KOBİA ilə səmərəli əməkdaşlığın davamıdır. Bu əməkdaşlığın bir hissəsi olaraq BP ve onun tərəfdaşlarının maliyyələşdirdiyi əsas layihələrdən biri olan Sahibkarlığın inkişafı Programı uğurla həyata keçirilərək artıq başa çatıb. 2007-ci ildən başlayan bu layihə yerli biznesin inkişafını dəstəkləmək məqsədilə çoxsaylı maraqlı tərəfləri bir araya gətirərək onların arasında əlaqə yaratmaqla mühüm bir vasitəyə çevrilmişdir.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Yeni anlaşma memorandumu imzalamaqla biz yerli bizneslərin inkişafını dəstəkləmək yönümündə səylərimizi davam etdirmək niyyətindəyik. İnanırıq ki, bizim Sahibkarlığın İnkişafı Proqramı layihəmiz Azərbaycanın iqtisadi bazasının genişlənməsinə və yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda müstəsna dərəcədə uğurlu olmuşdur. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb, daxili bazarlarda və bütövlükdə Xəzər regionunda rəqabət mühiti formalaşdırıb.
İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı imkanlar açılacaq.”
Yeni anlaşma memorandumunun imzalanmasının ardınca iki yeni layihəyə start verilib.
Birinci layihə Samux, Goranboy və Şəmkir rayonlarındakı icmalar da daxil olmaqla kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədli 20 aylıq təşəbbüsdür.