Azerbaijan Management and Investment Corporation
Şirkət olaraq 2016-cı ildən fəaliyyətə başlayan AMIC qarşısına qoyduğu məqsədlərə çatmaqda əmin addımlar atır. Əsas meyarımız kənd təsərrüfatına intellektual yanaşmaq, ağıllı əkin texnologiyalarından istifadə edərək daha çox məhsul əldə etmək eləcə də, fermerlərimizə, aqronomlarımıza və sahibkarlarımıza istər təhsil sahəsində, istərsə də əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlərinin asanlaşması üçün xidmətlərimizi təklif etməkdir. Quba, Qusar, Şabran kimi bölgələrdə həyata keçirdiyimiz layihələr işimizdə dürüst, səliqəli və peşəkar olduğumuzu göstərir.
Şirkətimiz yerli şirkətlərlə yanaşı dünyanın bir çox aparıcı ölkələri ilə də sıx əməkdaşlıq etməkdədir. Biz seminarlar və təlimlər təşkil etmək üçün ölkəmizə yüksək səviyyəli mütəxəssislər dəvət edir, eyni zamanda, şirkətimizin mütəxəssisləri, agronomları və mütəxəssisləri fermer təsərrüfatlarında olur və məsləhətləşmələr aparırlar.

Bizim uğurlu irəliləyişimiz
Fəaliyyətə başladığımız ilk gündən daim addım-addım irəli getməyi düşündük. Dostlar qazanmaq, uğurlu tərəfdaşlıqlar qurmaq, bizə həvalə edilən layihələri uğurla başa çatdırmaq və sonda ərsəyə gələn işi zövqlə izləmək. Bizimlə inkişaf edin, Azərbaycanın kənd təsərrüfatını gələcəyə birgə daşıyaq.
0
illik fəaliyyət
0
uğurlu layihə
0
beynəlxalq tərəfdaş
0
yerli partnyor
Yeniliklərdən ilk siz xəbərdar olun
Heading